14/04/2012

Əvəzedicilər "Simurq"a məğlub olub


Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. “Sumqayıt" Futbol Klubunun əvəzedici komandası Zaqatalada "Simurq"a 1:4 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 59-cu dəqiqədə Əbülfət Abbasov vurub.

“Simurq” - “Sumqayıt” 4:1
Nicat Qurbanov, 10. Qafar Qafarov, 19. Dilqəm Əsgərov, 22. Rəşad Eyyubov, 48 // Əbülfət Abbasov, 59.