21/09/2019

"Sumqayıt" FK doğma meydanda "Sabah"ı məğlub edib


"Sumqayıt" - "Sabah" 1:0
21 sentyabr 2019. Saat 17:30. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim:
Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov
Dördüncü hakim: Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Camaləddin Xocaniyazov, 2 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 37 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 71 (oyunun bərpasını ləngitdiyinə görə); Mehdi Şərifi, 73 (hakimin qərarına etiraz), 79 (oyunun bərpasını ləngitdiyinə görə) // Ruslan Abışov, 24 (hakimin qərarına etiraz); Ulise Diallo, 28 (hakimin qərarına etiraz); Təmkin Xəlilzadə, 37 (qeyri-idman hərəkəti); Filip İvanoviç, 69 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 79 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Mehdi Şərifi, 79
Qol: Sərtan Taşqın, 34
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
4. Şəhriyar Əliyev (k)
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
6. Vüqar Mustafayev
9. Amil Yunanov
(8. Peyman Babayi, 65)
10. Əmir Ağayev
(90. Rəhim Sadıxov, 83)
70. Mehdi Şərifi
5. Camaladdin Xocaniyazov
18. Süleyman Əhmədov
28. Səbuhi Abdullazadə
(97. Xəyal Nəcəfov, 90+2)

Ehtiyat oyunçular:
12. Nicat Mehbalıyev
13. Aydın Bayramov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
50. İlqar Qurbanov
44. Elvin Cəfərquliyev
20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Sabah”
1. Saşa Stamenkoviç
22. Məqsəd İsayev
10. Cavid İmamverdiyev
(19. Rocer Roxas, 72)
6. Vadim Abdullayev
(14. Rəşad Eyubov, 46)
21. Təmkin Xəlilzadə
15. Ruslan Abışov (k)
17. Məhəmməd Mirzəbəyov
(23. Amadu Diallo, 55)
4. Bəhlul Mustafazadə
13. Filip İvanoviç
9. Ulise Diallo
26. Ozan Can Kökcü

Ehtiyat oyunçular:
71. Dmitro Bezruk
5. Kərim Diniyev
7. Coşqun Diniyev
77. Cavid Tağıyev
27. Hendrik Ekşteyn
99. Abbas Ağazadə
11. Şakir Seyidov

Baş məşqçi: Rövşən Babayev

Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Sabah"ı qəbul edib. Ayxan Abbasovun yetirmələri 34-cü dəqiqədə Sərtan Taşqının vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Komandamız növbəti turda "Qarabağ"la qarşılaşacaq.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün ilk öncə soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı".