19/09/2019

“Sumqayıt-2” MOİK-lə heç-heçə edib


I Divizionda 4-cü turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri bu tur “Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK-i qəbul edib. 90 dəqiqənin tamamında qapılara top vurulmayıb (0:0). Qeyd edək ki, Zaur Hidayətovun yetirmələri növbəti tur səfərdə “Keşlə-2” ilə qarşılaşacaq.

I Divizion, 4-cü tur
“Sumqayıt-2” – MOİK 0:0