19/09/2019

"Sumqayıt" FK U-16-dan maksimum nəticə, U-19 "Keşlə" ilə qarşılaşıb


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilir. 16 yaşadək futbolçulardan ibarət komandamız bu gün "Kapital Bank Arena"nın ehtiyat meydançasında "İsgəndər Cavadov BFA"-nı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Zahir Əsgərzadənin yetirmələri 2:0 hesablı qələbəyə seviniblər. Komandamızın hər iki qolunu Əjdər Hacılı rəqib qapısına yollayıb. 16 yaşlılarımız növbəti turda səfərdə "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, U-16 komandamız iki turun yekununda maksimum nəticə göstərib. Zahir Əsgərzadənin yetirmələri ilk turda səfərdə "Neftçi"ni məğlub etmişdi (3:2).

U-19 komandamız isə "Keşlə" yə 0:2 hesabı ilə uduzub. Vüqar Quliyevin yetirmələri növbəti turda "Qəbələ"nin qonağı olacaq.

U-19 Liqası
"Sumqayıt" - "Keşlə" 0:2

U-16 Liqası
"Sumqayıt" - "İsgəndər Cavadov BFA" 2:0
Qollar:
Əjdər Hacılı (2).