17/09/2019

"Sumqayıt" FK "Sabah"la oyunun hazırlıqlarına başladı


4-cü turun ardından 1 günlük istirahətə buraxılan "Sumqayıt" FK bu gündən "Sabah"la oyunun hazırlıqlarına start verib. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə saat 16:30-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.

Yüngül zədəsi olan Murad Xaçayev və Rail Məlikov fitness zalında çalışıblar. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər icra edilib. Daha sonra isə topla çalışmalar və ikitərəfli oyunla günə yekun vurulub. Komandamızın növbəti məşqi sabah eyni vaxtda keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" qarşılaşması 21 sentyabr, saat 17:30-da "Kapital Bank Arena"da keçiriləcək. Matç "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.