16/09/2019

“Sumqayıt” FK U-14 “Leon”a qalib gəlib


Ötən həftə AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda ilk turun oyunları keçirilib. “Sumqayıt” FK-nın U-16 komandasının “Neftçi” üzərində 3:2 hesablı qələbə qazanmasını xəbər vermişdik. Həftənin digər qarşılaşmalarında 17 yaşlılarımız səfərdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olubsa, 14 yaşlılarımız “Leon” üzərində 5:1 hesablı qələbəyə sevinib. Kənan Hacıyevin yetirmələrindən Namiq Məmmədzadənin het-trik etdiyi qarşılaşmada Rəvan Məşiyev və Niyal Xəlilzadə hərəyə bir dəfə rəqib qapısına yol tapıb.

U-17 Liqası
“Neftçi” – “Sumqayıt” 0:2

U-14 Liqası
“Sumqayıt” – “Leon”
Qollar:
Namiq Məmmədzadə (3), Rəvan Məşiyev, Niyal Xəlilzadə.