16/09/2019

"Sumqayıt" - "Sabah" qarşılaşması 17:30-da start götürəcək


Azərbaycan Premyer Liqasında 5-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Sabah" oyunu sentyabrın 21-də "Kapital Bank Arena"da baş tutacaq və 17:30-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 4-cü turu çərçivəsində keçiriləcək olan “Sumqayıt-2” – MOİK matçı isə sentyabrın 19-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 15:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 5-ci tur
21 sentyabr (şənbə)

“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 17:30 (CBC Sport, canlı)

I Divizion, 4-cü tur
19 sentyabr (cümə axşamı)

“Sumqayıt-2” – MOİK
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:30