13/09/2019

"Sumqayıt-2" səfərdə "Kəpəz"lə heç-heçə edib


I Divizionda 3-cü turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu turda səfərdə "Kəpəz"lə qarşılaşıb. Zaur Hidayətovun yetirmələri matçı 1:1 hesablı heç-heçə ilə bitirib.
Qeyd edək ki, "Sumqayıt-2" növbəti turda "Kapital Bank Arena"nın ehtiyat meydançasında MOİK-i qəbul edəcək.

I Divizion, III tur
"Kəpəz" - "Sumqayıt-2" 1:1
Qollar:
Fuad Bayramov, 65 (ö.q.) - İbrahim Əliyev, 3.