13/09/2019

"Sumqayıt" FK Nicat Mehbalıyevi icarəyə götürüb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Mövsümün sonuna qədər "Sumqayıt" FK-nın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.