08/04/2012

“Sumqayıt” səfərdə AZAL-la heç-heçə edib


8 aprel 2012. Saat 17:00. “AZAL Arena” stadionu. 200 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Elşən Acalov
Dördüncu hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Aqil Nəbiyev, 40 (hakimə etiraz etdiyinə görə); 79 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 55 (hakimə etiraz etdiyinə görə); Şəhriyar Rəhimov, 83 (qeyri-idman hərəkəti) // Tərlan Quliyev, 15 (qeyri-idman hərəkəti); 74 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Viktor İqbekoyi, 55 (hakimi təhqir etdiyinə görə); Aqil Nəbiyev, 79 (qeyri-idman hərəkəti) // Tərlan Quliyev, 74 (qeyri-idman hərəkəti)
Qollar: Ervin Bulku, 87 // Eşqin Quliyev, 54 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

AZAL
1. Amil Ağacanov
2. Robert Petrov
5. Aqil Nəbiyev (k)
25. Tural Nərimanov
16. Branislav Arsenijeviç
13. Şəhriyar Rəhimov
17. Viktor İqbekoyi
10. Nuqzar Kvirtiya
7. Tərlan Xəlilov
(11. Zohair Benouahi, dəq.63)
14. Orxan Səfiyaroğlu
(19. Hüseyn Axundov, dəq.85)
15. Georgi Bogihu
(8. Ervin Bulku, dəq.80)

Ehtiyat oyunçular:
85. Həsən Ağacanlı
6. Mindaugas Daunoraviçius
3. Usim Nduka

Baş məşqçi: Vaqif Sadıqov

“Sumqayıt”
55. Andrey Popoviç
4. Samir Abbasov (k)
15. Tərlan Quliyev
16. Hacı Əhmədov
22. Ruslan Tağızadə
10. Eşqin Quliyev
47. Abdulla Abatsıyev
91. Ruslan Qurbanov
(27. Ramil Haşımzadə, dəq.82)
9. Orxan Həsənov
(25. Uğur Pamuk, dəq.90+1)
8. Emin Mustafayev
(90. Yasin Abbasov, dəq.69)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
1. Emil Balayev
52. Bədavi Hüseynov
7. Mahmud Qurbanov
19. Orxan Əliyev

Baş məşqçi: Bernhard Raab

Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Sumqayıt” Futbol Klubu səfərdə AZAL-la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib (1:1). Komandamızdan yeganə qolu 54-cü dəqiqədə Eşqin Quliyev vurub.

Bernhar Raab (“Sumqayıt”ın baş məşqçisi): “Gərgin oyun keçdi. Bu oyundan sonra nəsə demək çətindir. Komandamın oyunundan razı qaldım. Bütün qarşılaşma ərzində əzmkar mübarizə apardılar. Tapşırıqlarımı yerinə yetirdilər, səhvlər az buraxdılar. Baxmayaraq ki, qırmızı vərəqədən sonra mövqelərini tutmaqda çətinlik çəkirdilər. Lakin son dəqiqələrdə buraxdığımız bir səhv bizi qələbədən etdi”.

Vaqif Sadıqov (AZAL-ın baş məşqçisi): “Maraqlı oyun oldu. Qırmızı vərəqələrdən sonra komanda iradəsini ortaya qoydu. Bu gün komandada hansısa dəyişikliklər etmək çətin olsa da, özünəməxsus müəyyən cizgilər məni qane etdi. Təəssüf ki, təcrübəli futbolçular özlərini “yaxşı” göstərməklə komandalarını çətin vəziyyətdə qoydular. Oyun sona qədər gərgin mübarizə şəraitində keçdi. “Sumqayıt” Futbol Klubu gənclərdən qurulub və böyük gələcəyi olan komandadır. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.