09/09/2019

"Sumqayıt" FK "Zirə" ilə oyunun hazırlıqlarına start verib


Premyer Liqanın 4-cü turunda "Zirə" ilə qarşılaşacaq olan "Sumqayıt" FK bu gündən oyunun hazırlıqlarına start verib. Ayxan Abbasovun yetirmələri saat 17:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.
Yüngül zədəsi olan Şəhriyar Əliyev, Murad Xaçayev və U-21 millinin heyətində olan Elvin Cəfərquliyev məşqdə iştirak etməyib. Bundan başqa, əvəzedici heyətin 2 futbolçusu əsas komanda ilə birlikdə çalışıb.
1.5 saat davam edən hazırlıq prosesində əvvəlcə müxtəlif fiziki hərəkətlər və toplu çalışmalar üzərində məşqlər keçirilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması 14 sentyabr, saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.