07/09/2019

"Sumqayıt" FK yoxlama görüşündə "Qəbələ" ilə qarşılaşıb


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri bu gün "Kapital Bank Arena"da "Qəbələ" ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub.