06/09/2019

Abdullazadə U-19-da fərqlənib, 3 futbolçumuz U-15 milliyə dəvət alıb


Maltada təlim-məşq toplanışında olan 19 yaşadək milli komandamız maltalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada millimizin bir qoluna “Sumqayıt” FK-nın yarımmüdafiəçisi Rüfət Abdullazadə imza atıb. Digər qolu isə Turan Vəlizadə rəqib qapısından keçirib.

Bundan başqa “Sumqayıt” FK-nın 3 futbolçusu – Kənan Cavadlı, Sənan Hüseynov və İbrahim Nağıyev U-15 millimizin Bakı şəhərində baş tutacaq təlim-məşq toplanışına dəvət alıb. Qeyd edək ki, toplanış 10-15 sentyabr tarixləri aralığında keçiriləcək.