04/09/2019

"Sumqayıt" - "Zirə" qarşılaşması 18:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 4-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Zirə" oyunu sentyabrın 14-də "Kapital Bank Arena"da baş tutacaq və 18:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 3-cü turu çərçivəsində keçiriləcək olan “Kəpəz” – “Sumqayıt-2” matçı isə sentyabrın 13-də Gəncə Şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, IV tur
14 avqust (şənbə)

“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 18:00 (CBC Sport, canlı)

I Divizion, III tur
13 sentyabr, (cümə)

“Kəpəz” – “Sumqayıt-2”
Gəncə Şəhər stadionu, 16:00