27/08/2019

Cəfərquliyev U-21, Abdullazadələr isə U-19 millisinə çağırılıb


Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstan milliləri ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın futbolçusu Elvin Cəfərquliyev adıçəkilən qarşılaşmalar üçün U-21 millinin heyətinə dəvət alıb.
Bundan başqa, Rüfət Abdullazadə və Səbuhi Abdullazadə 5 və 7 sentyabr tarixində Maltalı həmyaşıdları ilə yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaq 19 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə cəlb olunub.