22/08/2019

“Sumqayıt-2” I Diviziona qələbə ilə başlayıb


Bu gün I Divizionda ilk turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri mövsümün açılış matçında səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Zaur Hidayətovun yetirmələri 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda “Neftçi-2”-ni qəbul edəcək. Adıçəkilən qarşılaşma 28 avqust tarixində keçiriləcək.

I Divizion, I tur

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” 0:2
Qollar:
Baxşəli Baxşəliyev, 76; Elnur Cəfərov, 87.