21/08/2019

"Sumqayıt" - "Səbail" qarşılaşmasını Vüqar Həsənli idarə edəcək


Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Səbail" qarşılaşmasını Vüqar Həsənli idarə edəcək. Mübariz Haşımov və Cəmil Quliyev yan xətlərdə Həsənliyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Namiq Bəkirov olacaq.
Bundan başqa, I divizionun 1-ci turu çərçivəsində keçiriləcək olan "Qaradağ Lökbatan" - "Sumqayıt-2" qarşılaşmasını isə Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Səbail” qarşılaşması 24 avqust, saat 19:00-da "Kapital Bank Arena"da, "Qaradağ Lökbatan" - "Sumqayıt-2" qarşılaşması isə 22 avqust, saat 16:30-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

Premyer Liqa, II tur
24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail”
Hakimlər:
Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”, 19:00 (CBC Sport, canlı)

I Divizion, I tur
22 avqust (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Hakimlər:
Rəşad Əhmədov, Vüqar Bayramov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30