20/08/2019

"Sumqayıt" FK İlqar Qurbanov ilə müqavilə imzalayıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu ilə anlaşıb. Belə ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov komandamızla 1 illik müqavilə imzalayıb. Qurbanov "Sumqayıt" FK-da "50" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.