18/08/2019

"Sumqayıt" - "Səbail" qarşılaşması 19:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 2-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Səbail" oyunu avqustun 24-də "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, II tur
24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 19:00 (CBC Sport, canlı)