07/04/2012

U-17 qələbə qazandı, U-16 və U-15 isə heç-heçə edib


“Azercell U-17 Liqası”nda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib. U-17 komandamız səfərdə “Şahdağ Qusar”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Qolun müəllifi Şəmsi Əlisoylu olub.

U-16 Liqasında da növbəti turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandası “Vətən”lə oyunda heç-heçəyə imza atıb (1:1). Bu qarşılaşmada yeganə qolun müəllifi Xəqan Məmmədli olub.

“Kapital Bank U-15” Liqasında mübarizə aparan U-15 komandamız da turu heç-heçə ilə başa vurub. “Rəvan”la üz-üzə gələn Vəfadar Quliyevin yetirmələri görüşdən 2:2 hesablı bərabərliklə ayrılıb. Fərid Kərimzadə və Fərid Rəcəbli qolların müəllifi olub.

U-15 Qızlar Liqasında “Sumqayıt” “Qusar” üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Aliyə Hüseynli dubl edib.