17/08/2019

"Sumqayıt" FK ilk turda səfərdə "Qəbələ"ni məğlub edib


"Qəbələ" - "Sumqayıt" 0:2
17 avqust 2019. Saat 19:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı
Baş hakim:
Rauf Cabarov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Müslüm Əliyev
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqə: Asif Məmmədov, 26 (hakimin qərarına etiraz), 84 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 54 (qeyri-idman hərəkəti), Rasim Ramaldanov, 84 (qeyri-idman hərəkəti); Sadiq Quliyev, 90 (hakimin qərarına etiraz) // Peyman Babayi, 40 (tələb olunan məsafəyə riayət edilməməsi); Əmir Ağayev, 60 (qeyri-idman hərəkəti); Mehdi Şərifi, 70 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 84 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 86 (oyunun bərpasını ləngitdiyinə görə)
Qırmızı vərəqə: Asif Məmmədov, 84
Qollar: Mehdi Şərifi, 13, 26
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Qəbələ”
1. Anar Nəzirov (k)
(94. Tərlan Əhmədli, 78)
11. Asif Məmmədov
8. Qismət Alıyev
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
(14. Ülvi İsgəndərov, 32)
4. Sadiq Quliyev
99. Davit Volkov
21. Fernan Fereyra Lopez
77. Merab Qiqauri
10. David Klesio Bauk
2. Amin Seydiyev

Ehtiyat oyunçular:
6. Kamal Mirzəyev
28. Murad Musayev
19. Rövlan Muradov
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
55. İdris İnqilablı

Baş məşqçi: Zaur Həşimov

“Sumqayıt”
1. Mehdi Cənnətov
22. Sərtan Taşqın
3. Vurğun Hüseynov (k)
6. Vüqar Mustafayev
(28. Səbuhi Abdullazadə, 86)
4. Şəhriyar Əliyev
14. Elvin Bədəlov
10. Əmir Ağayev
8. Peyman Babayi
70. Mehdi Şərifi
(9. Amil Yunanov, 73)
17. Murad Xaçayev
44. Elvin Cəfərquliyev
(18. Süleyman Əhmədov, 67)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
2. Rail Məlikov
11. Elgün Nəbiyev
97. Xəyal Nəcəfov
7. Ehtiram Şahverdiyev
25. Baxşəli Baxşəliyev
20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında mövsümün ilk turunun oyunları davam edir. "Sumqayıt" FK bu gün səfərdə "Qəbələ" ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız növbəti turda "Səbail"i qəbul edəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi".