25/07/2019

"Sumqayıt" FK "Diyarbekirspor"la qarşılaşıb


2019/2020 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" FK bu gün növbəti yoxlama oyununu keçirib. Belə ki, Ayxan Abbasovun yetirmələri "Çam" otelinin stadionunda "Diyarbekirspor" ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qarşılaşmada dünən "Ahal"la oyunda forma şansı tapmayan futbolçular iştirak edib.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq. Oyundan narazı qalmadım. Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək.
Ümumən hazırlığımız normal keçir. Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin oyunlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq".