25/07/2019

"Sumqayıt" FK "Diyarbekirspor"la qarşılaşacaq


"Sumqayıt" FK sabah Türkiyədə növbəti yoxlama oyununu keçirəcək. Belə ki, komandamız "Diyarbekirspor"la qarşılaşacaq. "Çam" Otelinin stadionunda, Bakı vaxtı ilə saat 11:00-da baş tutacaq matçda "Ahal"la oyunda forma şansı qazanmayan futbolçular iştirak edəcək.