24/07/2019

“Sumqayıt” FK yoxlama görüşündə “Ahal”ı məğlub edib


2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama görüşünü keçirib. Komandamız “Çam” Otelinin stadionunda Türkmənistan təmsilçisi “Ahal” ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri Əmir Ağayevin 11-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Bu gün futbolçularımızı meydanda ilk oyuna nisbətən çox saxladıq. Bu da bizim üçün vacib idi. Nəticəyə gəldikdə isə, qalib gəlmək sevindirir. Lakin üzərində çalışılası boşluqlar da var. Növbəti oyunlarda boşluqları aradan qaldırıb, çempionata hazır vəziyyətdə olmağa çalışacağıq”.