22/07/2019

"Sumqayıt" FK bərpa məşqini keçirib


Növbəti mövsüm üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" FK bu gün növbəti məşqini keçib. Dünən "Petrolul Ploieşti" ilə yoxlama oyunu keçirmiş komandanın bu günki məşqi bərpa xarakterli olub. Belə ki, 1 saat davam edən məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, "Sumqayıt" FK günü bir məşqlə başa vurub.