21/07/2019

“Sumqayıt” FK yoxlama oyununda “Petrolul Ploieşti” ilə qarşılaşıb


Yoxlama oyunu
“Sumqayıt” – “Petrolul Ploieşti” 2:2
Qollar:
Şəhriyar Əliyev, 16; Rüfət Abdullazadə, 38 – Antoniu Manolache, 4; Willian Pozo-Venta, 77.

“Sumqayıt” FK
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
4. Şəhriyar Əliyev
6. Vüqar Mustafayev
9. Amil Yunanov
10. Əmir Ağayev
14. Elvin Bədəlov
18. Süleyman Əhmədov
20. Rüfət Abdullazadə
25. Baxşəli Baxşəliyev
44. Elvin Cəfərquliyev

Meydana sonradan daxil olanlar:
13. Aydın Bayramov
2. Rail Məlikov
5. Adil Nağıyev
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
27. İsmayıl Babayev
97. Xəyal Nəcəfov


2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri Kızılcahamam stadionunda Rumıniyanın “Petrolul Ploieşti” komandası ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama oyununu 24 iyul tarixində Türkmənistan təmsilçisi “Ahal”a qarşı keçirəcək.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. Çalışdıq ki, hər kəsə şans verək. Komandanın meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq”.