20/07/2019

"Sumqayıt" FK Türkiyədə 4 yoxlama oyunu keçirəcək


2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” FK təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək. Belə ki, komandamız iyulun 21-də Rumıniyanın “Petrolul Ploieşti”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyə Super Liqa təmsilçisi “Gençlerbirliği”, avqustun 1-də isə 1-ci Liqa təmsilçisi “Akhisarspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə klubumuzun rəsmi media hesablarında ətraflı məlumat veriləcək.