05/04/2012

Murad Ağayev “Sumqayıt”la müqavilə imzalayıb


“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Belə ki, "UGİM 80" klubunun sabiq yarımmüdafiəçisi, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin şərəfini qoruyan 09.02.1993 təvəllüdlü Murad Ağayev komandamızla 1,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 19 yaşlı futbolçu “Sumqayıt”a azad agent kimi keçib.