18/07/2019

YENİ MÖVSÜMƏ YENİ LOQO İLƏ!


2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək. Yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.
Qeyd edək ki, sünbül Azərbaycan Respublikasının Dövlət gerbində də təsvir olunub.