16/07/2019

“Sumqayıt” FK bu gün hazırlığın 1-ci mərhələsinə yekun vurur


2019/2020 mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” FK bu gün hazırlığın 1-ci mərhələsinə yekun vurur. İlk mərhələyə bu axşam baş tutacaq məşqlə son veriləcək.
Ayxan Abbasovun yetirmələri günün ilk məşqini səhər saatlarında keçirib.”Kapital Bank Arena”nın fitness zalında start götürən hazırlıq prosesi daha sonra isə meydançada davam edib. Müxtəlif fiziki çalışmalarla günün ilk məşqi yekunlaşıb.
Qeyd edək ki, komandamızın axşam məşqi saat 18:00-da start götürəcək.