05/04/2012

U-21 qələbə qazandı, 6 futbolçumuz oynadı


Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Oyunda vurulmuş yeganə qolun müəllifi Elnur Abdulov olub.

“Sumqayıt” Futbol Klubunun 4 futbolçusu – Abdulla Abatsıyev, Orxan Həsənov, Eşqin Quliyev və Tərlan Quliyev oyuna start onbirliyində başlayıb. Murad Ağayev və Ruslan Tağızadə isə sonradan meydana daxil olub. Komandamızın yarımmüdafiəçisi Ruslan Tağızadə qol ötürməsi ilə yadda qalıb.