11/07/2019

"Sumqayıt" FK hazırlıqları davam etdirir


2019/2020 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK bu gün növbəti məşqini keçirib. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında saat 10:30-da "Kapital Bank Arena"nın köməkçi meydançasında gerçəkləşən günün birinci məşqində əsasən fiziki hazırlıq üzrə çalışmalar üstünlük təşkil edib.
Qeyd edək ki, komandamızın axşam məşqi saat 18:00-da start götürəcək.