19/06/2019

Rail Məlikov “Sumqayıt” FK ilə müqavilə imzalayıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətindəki daha bir futbolçu ilə müqavilə müddətini uzadıb. Belə ki, müdafiəçimiz Rail Məlikov daha 1 mövsüm komandamızın şərəfini qoruyacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 324 oyuna çıxan Rail Məlikov həmin qarşılaşmaların 70-ni “Sumqayıt” FK-nın heyətində keçirib.