18/06/2019

“Yay Futbol Düşərgəsi” layihəsinin 1-ci mərhələsində 2-ci günə yekun vurulub


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsində 1-ci mərhələ davam edir. 1-ci mərhələnin iştirakçıları bu gün bəzi görməli yerlərində ekskursiyada olublar. Belə ki, iştirakçılar ilk öncə Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada onlara ümummilli liderimizin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra Şahmat məktəbində müəllimlər tərəfindən şahmat oyununun qaydaları haqqında bilgilər alan uşaqlar arasında oyunlar keçirilib. Sonda isə Bayraq Muzeyində olan uşaqlara tarixən Azərbaycan ərazisində mövcud olmuş ölkələrin bayraqları, pul vahidləri və “Heydər Əliyev” ordeni barədə məlumat verilib.