14/06/2019

“Sumqayıt” FK Elgün Nəbiyevlə müqavilə bağlayıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə bağlayıb. Belə ki, komandamız son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. 1 illik icarə əsasında “Sumqayıt” FK-da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.