13/06/2019

“Sumqayıt” FK Sertan Taşqını heyətinə qatıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətini daha bir futbolçu ilə gücləndirib. Belə ki, komandamız son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt” FK-da 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sertan həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.