07/06/2019

İlham Namiq Kamalın 70 illiyi münasibətilə dostluq oyunu keçirilib


Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli teatr və kino xadimi İlham Namiq Kamalın 70 illiyi münasibətilə “Kapital Bank Arena”da Sumqayıt veteranları ilə jurnalistlər arasında dostluq matçı keçirilib. Oyundan öncə “Sumqayıt” FK-nın vitse-prezidenti Vaqif Ömərov tədbir iştirakçılarını salamlayaraq yubliyarın həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verib. Daha sonra isə İlham Namiq Kamala “Sumqayıt” FK-nın 70 nömrəli idman geyimi hədiyyə olunub.
Veteran hakim Azad Mütəllimovun idarə etdiyi qarşılaşmanı 4:1 hesabı ilə Jurnalistlər komandası qazanıb. Emin Abbasovun dubl etdiyi oyunda Gündüz Abbaszadə və Firuz Abdulla hərəyə bir dəfə veteranların qapısına yol tapıb. Veteranların qolunun müəllifi isə Kənan Hacıyev olub.

Dostluq oyunu
Jurnalistlər – Veteranlar 4:1
Qollar:
Emin Abbasov (2), Gündüz Abbaszadə, Firuz Abdulla – Kənan Hacıyev.