05/06/2019

"Sumqayıt" FK 6 futbolçu ilə müqavilə müddətini artırıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK heyətindəki bir sıra futbolçu ilə müqavilə müddətini artırıb. Belə ki, Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Xəyal Nəcəfov daha bir mövsüm komandamızın uğurları üçün çalışacaq.