04/06/2019

Amil Yunanov "Sumqayıt" FK ilə müqavilə imzalayıb


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK növbəti futbolçunu heyətinə qatıb. Belə ki, komandamız son mövsümü "Keşlə"də keçirmiş sabiq hücumçumuz Amil Yunanovla anlaşıb. 1 illik müqavilə imzalayan Yunanov "Sumqayıt" FK-da 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2015-2018-ci illər aralığında da "Sumqayıt" FK-nın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla komandamızın tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" ilə yanaşı (24 oyun, 5 qol) "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Amil U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.