29/05/2019

Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə dostluq matçı keçirilib


Dünən "Kapital Bank Arena"da 28 May - Respublika günü və Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq Sumqayıtlı futbol veteranları ilə Rusiyanın Stavropol diyarının veteranları arasında dostluq oyunu keçirilib. Oyundan öncə isə “Sumqayıt” FK-nın vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov, veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol Diyarının Futbol Veteranları İttifaqının rəhbəri, həmyerlimiz, “Yedinaya Rossiya” partiyasının ərazi üzrə rəhbəri, deputat Məliksabit Kazımov çıxış etdilər.
Veteran hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma Sumqayıt veteranlarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sumqayıt veteranlarının heyətində Seymur Rəhimov və Elnur Əşrəfoğlu, Stavropol veteranlarından isə Ruslan Balkarov fərqlənib.

Dostluq matçı
Sumqayıt veteranları - Stavropol veteranları 2:1
Qollar:
Seymur Rəhimov, Elnur Əşrəfoğlu - Ruslan Balkarov.