28/05/2019

“Sumqayıt” FK-nın U-10 komandası Respublika gününə həsr olunmuş turnirdə 2-ci olub


27-28 may tarixlərində Qəbələ şəhərində 10 yaşadək futbolçulardan ibarət komandalar arasında “Qəbələ” İK-nın təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş turnir keçirilib. Turnirdə “Sumqayıt” FK-nın U-10 kollektivi də iştirak edib. Elşad Eyvazovun yetirmələri yarışda 2 qələbə və 1 məğlubiyyətlik nəticə göstərərək 2-ci pillənin sahibi olub. Digər yerlərə isə “Qəbələ” (I yer), “Star Baku” (III yer) və “Qəbələ-2” (IV yer) yiyələnib. Sonda turnirin iştirakçıları medal və kuboklarla mükafatlandırıb.
“Sumqayıt” FK olaraq, “Qəbələ” İK-na turnirin təşkilaçılığına görə təşəkkür edirik.