27/05/2019

“Sumqayıt” FK-nın ev oyunlarını 14 650 azarkeş izləyib


Topaz Premyer Liqasında 2018/2019 mövsümü arxada qaldı. 28 turluq marafonun sonunda komandamız 29 xalla çempionatı 6-cı pillədə bitirdi. "Sumqayıt" FK arxada qalan mövsümün 14 ev qarşılaşmasının 5-ni müəyyən səbəblərə görə “Dalğa Arena” və “Bayıl Arena”da, qalan 9 matçı isə doğma meydanda "Kapital Bank Arena"da keçirib. Komandamızın ev oyunlarını 14 tur ərzində ümumilikdə 14 650 azarkeş izləyib.

"Sumqayıt" Futbol Klubu olaraq, bütün azarkeşlərimizə mövsüm ərzində komandamızı tək buraxmadıqları üçün təşəkkür edirik.