22/05/2019

“Sumqayıt” Futbol Akademiyasında seleksiya günləri davam edir


"Sumqayıt" Futbol Akademiyası seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir. "Kapital Bank Arena"da seçimlərin növbəti mərhələsi keçirilib. Belə ki, 6-10 yaş futbolçular arasında keçirilən seleksiya toplanışında təxminən 30-a yaxın futbolçu iştirak edib.
Qeyd edək ki, seçimlər hər həftənin 2-ci və 4-cü günləri saat 16:00-dan etibarən “Kapital Bank Arena”da keçirilir.

Əlaqələndirici şəxs: Elşad Eyvazov (+99455-511-47-96)