19/05/2019

"Sumqayıt" FK finalda "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 1:0
Azərbaycan Kuboku, final
19 may 2019. Saat 17:00. Naxçıvan Muxtar Respublika Stadionu, 10000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Pərvin Talıbov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Rauf Əliyev, 45 (hakimin qərarına etiraz), Anar Nəzirov, 90+2 (qeyri-idman hərəkəti); Stiven Monroz, 90+5 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 90+6 (qeyri-idman hərəkəti) // Adil Nağıyev, 60 (qeyri-idman hərəkəti); Yusif Nəbiyev, 70 (qeyri-idman hərəkəti), Vurğun Hüseynov, 90+1 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 (rəqibi vurduğuna görə)
Qollar: Stiven Monroz, 3
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 6 dəq.

“Qəbələ”
1. Anar Nəzirov
34. Urfan Abbasov
18. İlqar Qurbanov
14. Cavid Hüseynov (k)
4. Elvin Camalov
10. Rauf Əliyev
(98. Rövlan Muradov, 90)
3. Voislav Stankoviç
21. Atakora Lalavele
(11. Asif Məmmədov, 90+4)
28. Stiven Monroz
9. Davit Volkov
27. Bəhlul Mustafazadə

Ehtiyat oyunçular:
22. Dmitro Bezotosnı
35. Murad Popov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
7. Roman Hüseynov
33. Vüsal Məsimov
6. Rüstəm Nuruyev
77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

“Sumqayıt”
1. Mehdi Cənnətov
4. Şəhriyar Əliyev
(7. Cavid Tağıyev, 81)
21. Arif Daşdəmirov
(17. Nicat Qurbanov, 78)
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
60. Elvin Məmmədov
22. Əfran İsmayılov
(70. Ülvi İsgəndərov, 67)
5. Adil Nağıyev
8. Peyman Babayi
15. Əmir Ağayev
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
12. Rəşad Əzizli
13. Aydın Bayramov
2. Rail Məlikov
34. Elvin Bədəlov
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
25. Baxşəli Baxşəliyev
49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Kubokunun final oyunu keçirilib. "Sumqayıt" FK finalda Naxçıvan Muxtar Respublikası stadionunda "Qəbələ" ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə məğlub olub. Beləliklə, Ayxan Abbasovun yetirmələri Azərbaycan Kubokunun ikincisi olub.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi".