16/05/2019

Əli Babayev və Aleksey İsayev A millidə!


Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Adıçəkilən oyunlar üçün nəzərdə tutulan heyətdə "Sumqayıt" FK-nın 2 futbolçusu yer alıb. Belə ki, Aleksey İsayev və Əli Babayev Macarıstan və Slovakiya ilə oyunlar üçün A millinin heyətinə dəvət alıb.