14/05/2019

Final matçı saat 16:30-da start götürəcək


Azərbaycan Kubokunun final qarşılaşmasının başlama saatı müəyyənləşib. Belə ki, 19 may tarixində Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək olan "Qəbələ" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku, Final
19 may (bazar)

"Qəbələ" - "Sumqayıt"
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu, 16:30 (CBC Sport, canlı)