14/05/2019

Süleyman Əhmədov və Ricat Qarayev U-21 milliyə dəvət alıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi zamanı milli mayın 21-də və 27-də müvafiq olaraq Xorvatiyanın “Sloven Belupo-2” və Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək. “Sumqayıt” FK-nın iki futbolçusu – Süleyman Əhmədov və Ricat Qarayev mayın 18-dən 28-dək keçiriləcək toplanışa dəvət alıb.