13/05/2019

"Sumqayıt" FK-nın 6 futbolçusu milli komandalara dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 13-dən 18-dək Bakıda, mayın 22-dən 28-dək isə Qəbələdə təlim-məşq toplanışı keçirəcək. “Sumqayıt” FK-nın 2 futbolçusu – Rüfət Abdullazadə və Səbuhi Abdullazadə U-19 milliyə cəlb olunub. Bundan başqa, Rəvan Əsgərzadə, İbrahim Nağıyev, Sənan Hüseynov və Xəyal Fərzullayev isə 20 may tarixində Bakı şəhərində baş tutacaq U-15 millinin təlim-məşq toplanışına dəvət alıb.