13/05/2019

Final matçını İnqilab Məmmədov idarə edəcək


Azərbaycan Kubokunda final mərhələsinin hakim təyinatları açıqlanıb. "Qəbələ" - "Sumqayıt" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Rahil Ramazanov və Pərvin Talıbov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Səbuhi Bayramov olacaq. Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" qarşılaşması 19 may tarixində Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək.

Azərbaycan Kuboku, Final
19 may (bazar)

"Qəbələ" - "Sumqayıt"
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu