11/05/2019

"Sumqayıt" FK Premyer Liqanı qələbə ilə başa vurub


"Sumqayıt" - "Qəbələ" 1:0
11 may 2019. Saat 16:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Vurğun Hüseynov, 64 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 78 (qeyri-idman hərəkəti); Rəşad Əzizli, 90+5 (oyunun bərpasını ləngitdiyinə görə) // Rövlan Muradov, 45 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 57 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 71 (qeyri-idman hərəkəti); Elvin Camalov, 88 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 90+3 (sistematik qayda pozuntusu)
Qollar: Ülvi İsgəndərov, 68
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 6 dəq.

“Sumqayıt”
12. Rəşad Əzizli
21. Arif Daşdəmirov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
60. Elvin Məmmədov
(17. Nicat Qurbanov, 70)
7. Cavid Tağıyev
5. Adil Nağıyev
8. Peyman Babayi
(70. Ülvi İsgəndərov, 12)
74. Yusif Nəbiyev
77. Murad Xaçayev
(25. Baxşəli Baxşəliyev, 62)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
4. Şəhriyar Əliyev
22. Əfran İsmayılov
34. Elvin Bədəlov
15. Əmir Ağayev
18. Süleyman Əhmədov
49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”
1. Anar Nəzirov
(35. Murad Popov, 48)
18. İlqar Qurbanov
14. Cavid Hüseynov (k)
4. Elvin Camalov
11. Asif Məmmədov
10. Rauf Əliyev
3. Voislav Stankoviç
21. Atakora Lalavele
8. Qismət Alıyev
7. Roman Hüseynov
(28. Stiven Monroz, 60)
98. Rövlan Muradov
(77. Samir Qurbanov, 78)

Ehtiyat oyunçular:
88. Sabien Lilay
9. Davit Volkov
33. Vüsal Məsimov
6. Rüstəm Nuruyev

Baş məşqçi: Zaur Həşimov

Topaz Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub. "Sumqayıt" FK son turda doğma azarkeşləri qarşısında "Qəbələ"ni qəbul edib. Ayxan Abbasovun yetirmələri Ülvi İsgəndərovun qolu ilə 1:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK mövsümü 29 xalla 6-cı pillədə bitirib.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm. Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".